AZXEBER.COM-un Türkiyə mətbuatna istinadən verdiyi xəbərə görə, İngiltərənin “Times Higher Education” qurumunun 2013-2014-cü illər üçün tərtib etdiyi siyhıda Türkiyənin 5 universitetinin adı da yer alıb.Siyahıda ilk 3 yeri Kaliforniya, Harvard və Oksford universitetləri tutur. İlk 200 yer arasında Türkiyə universitetlərindən 199-cu sırada Boğaziçi Universiteti dayanır. 201-225- ci aralıqda İstambul Texniki universiteti və Orta Doğu Texniki Universiteti, Bilkent Universiteti 226-250, Qoç Universiteti isə 276-300 –cü aralıqda yer tutub.