Dünyanın ən yaxşı futbolçusuna 250 milyonluq təklif gəldi
İDMAN
17:46 27.12.2012
1544
İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messiyə yeni transfer təklifi gəlib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya klublarından biri onu 250 milyon avroya heyətinə qatmaq istəyib.Futbolçuya üç illik və ildə 30 milyon avroluq müqavilə üstəlik bonus təklif edilib. O isə bu təklifdən imtina edb.Əfsanəvi futbolçunun hansı klubun almaq istədiyi açıqlanmır. Ona təklif "Barcelona" ilə müqaviləni uzadılacağı vaxtda edilib. Messi isə köhnə klubu ilə razılaşmasını 2018-ci ilə kimi uzatmağı seçib.