Dünyanın Konçitası - Avropa transı qalib etdi

MƏDƏNİYYƏT
03:30 11.05.2014
3494

Eurovision-2014” mahnı müsabiqəsinin qalibi bəlli olub.Axşam.az xəbər verir ki, səsvermə nəticəsində Avstriyanın transseksual iştirakçısı Konçita Vurst (Conchita Wurst) qalib olub. O, 290 xalq toplayaraq birinci yeri qazanıb . İkinci yerdə isə 238 xalla Hollandiya təmsilçisi İlse Delange qərarlaşıb. İsveç təmsilçisi Sanna Nielsen isə 218 xalla üçüncü yeri tutub.Azərbaycanı “Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova isə yarışmada uğursuz nəticə əldə edərək 22-ci sırada qərarlaşıb.Azərbaycan 8 xalını Macarıstana, 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.Azərbaycana səs verən ölkələr arasında bunlar olub:San Marino – 12 xalRusiya- 10 xalGürcüstan – 7 xalBelarus- 3 xalUkrayna – 1 xal

Xatırladaq ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.

OXŞAR XƏBƏRLƏR