Amerikanın ticarət nəhəngi Amazon yüzlərlə əməkdaşının işdən çıxarıldığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, işdən çıxarılmaların dünya səviyyəsində olduğu qeyd edilən açıqlamada ABŞ-də çalışanlar üçün maaş və sosial müavinətlərin ən azı 60 gün davam edəcəyi, yeni iş tapmaq prosesində dəstək veriləcəyi, sağlamlıq imkanlarının təmin ediləcəyi paylaşılıb.
Açıqlamada şirkətin əsas sahələrdə işə götürmə yolu ilə böyüməyə davam edəcəyi və bu sahələrdə minlərlə iş imkanının olduğu vurğulanıb.
Amazon Web Services (AWS) sözçüsü də açıqlamasında işdən çıxarmaların çətin, lakin zəruri bir qərar olduğunu söyləyib.
Bu arada Amazonun son dövrlərdə süni intellekt sahəsində investisiyalarını davam etdirdiyi məlum olsa da, eyni texnologiya şirkəti yanvar ayında Twitch, Prime Video və MGM studioları kimi törəmə şirkətlərində yüzlərlə insanı işdən çıxarıb.
ABŞ-nin "Challenger, Gray & Christmas” karyera konsaltinq firmasının hesabatına görə, 2023-cü ildə texnologiya sektorunda işdən çıxarılmaların sayı 73 faiz artıb.
Hesabatda qeyd olunub ki, ötən il işdən çıxarılanların sayı 168 min 32 nəfərə çatıb ki, bu da 2022-ci illə müqayisədə böyük artımdır.
Mikayıl