Durov Fransanı tərk edib - KİV

Durov Fransanı tərk edib - KİV
DÜNYA
18:53 15.03.2025
168
Teleqramın təsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edib.

Bu barədə "Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, rusiyalı iş adamı Dubaya gedib.

Qeyd edək ki, Durov 2024-cü il avqustun 24-də axşam "Paris Le Burje” hava limanında saxlanılıb. Teleqramın təsisçisi daha sonra məhkəmə nəzarətinə götürülüb və ona beş milyon avro məbləğində girov ödənilməsi barədə qərar verilib. Məhkəmə ona 6 ay müddətinə Fransa ərazisini tərk etməyə qadağa qoyub.
OXŞAR XƏBƏRLƏR