"Telegram"ın yaradıcısı, milyarder Pavel Durovun həbsindən əvvəl ünsiyyətdə olduğu sonuncu şəxs bloger Hüseyn Həsənov olub.
AZXEBER.COÇ xəbər verir ki, bu barədə "Shot Telegram” kanalı məlumat yayıb.
Bildirlib ki, onlar avqustun 24-də səhər saatlarında Bakıda restoranlardan birində səhər yeməyi yeyiblər.
Kanalın məlumatına görə, səhər yeməyində Durovla birlikdə 24 yaşlı Yulia Vavilova da var idi, sonra milyarderlə birlikdə Parisə gedib.
Xatırladaq ki, avqustun 24-də milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.
Pavelin ittihamlarına terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.
Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.