"Telegram"ın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oğurlanaraq qətlə yetirilmiş sankt-peterburqlu kriptobiznesmen Roman Novakın Rusiyada 6.4 milyon rubldan (1 345 379.46 AZN) çox borcu olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla yayıb.
"Novakın borcu 6.4 milyon rublu keçir, onların bir hissəsi məcburi qaydada tutulub, söhbət əsas etibarilə cinayət nəticəsində vurulan zərərdən gedir", - deyə mənbə bildirib.
Bildirilir ki, Novak barəsində doqquz icraat açılıb. Hazırda onların bir hissəsi dayandırılıb ("İcraat haqqında" Qanunun 46-cı maddəsinin 1-ci hissəsinin 3-cü və 4-cü bəndləri).
Xatırladaq ki, BƏƏ-də Sankt-Peterburqdan olan ər-arvadın itkin düşdüyü məlum olub. Baş verənlərlə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə cinayət işi açılıb. Ailənin oğurlanmasına hədə-qorxu yolu ilə kriptovalyuta qopardılması səbəb olub. Daha sonra onların öldürüldüyü və meyitlərinin səhrada basdırıldığı məlum olub. Hüquq-mühafizə orqanları bildiriblər ki, söhbət Roman və Anna Novaklardan gedir. Rusiyanın üç regionunda bu cinayətdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onlardan üçü həbs edilib.










































