Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları üçtərəfli görüş keçirə bilər

Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları üçtərəfli görüş keçirə bilər
SİYASƏT
17:52 29.04.2022
735
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun mayın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli görüşü baş tuta bilər.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur.

Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyanın fəaliyyətini müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR