Düşmən hücuma keçməyə cəhd etdi, ağır itkilər verərək geri çəkildi - RƏSMİ

Düşmən hücuma keçməyə cəhd etdi, ağır itkilər verərək geri çəkildi - RƏSMİ
SOSİAL
15:29 03.11.2020
568

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

AZXEBER.COM  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - MN-dən bildirilib.

OXŞAR XƏBƏRLƏR