Düşmən işğal altında olan ərazilərə od vurub - Foto

Düşmən işğal altında olan ərazilərə od vurub - Foto
SİYASƏT
18:08 09.07.2017
1505
Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur.
 
Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.
 
Məlumata görə, alov qoşunların təmas xəttinə yaxınlaşıb.

OXŞAR XƏBƏRLƏR