Düşmən Tərtəri atəşə tutur - RƏSMİ

Düşmən Tərtəri atəşə tutur - RƏSMİ
SİYASƏT
09:43 06.11.2020
529

Bu gün saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Qeyd edilib ki, Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
OXŞAR XƏBƏRLƏR