Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir - RƏSMİ
SOSİAL
13:29 16.10.2020
1102
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edir.
Bu haqda AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.