Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb -RƏSMİ

Düşmənin 2 ədəd “Qrad”ı və topları sıradan çıxarılıb -RƏSMİ
SOSİAL
01:30 06.10.2020
1380

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 "Qrad”ı sıradan çıxarılıb.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilir ki, 41-ci artilleriya alayının atəş mövqelərində dayanan "Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

OXŞAR XƏBƏRLƏR