“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - VİDEO

“Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - VİDEO
SOSİAL
09:36 29.09.2020
3435
Bu gecə Ağdərə istiqamətində son bir neçə saat ərzində intensiv döyüş olub. 

Bu barədə İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə məlumat verib. Onun sözlərinə görə, gecə 3-4 saat ərzində artilleriyadan intensiv atəş açılsa da, bir anda düşmən tərəfdən atəş səsləri kəsilib:

"Düşmənin mövqeləri təxminən 1 saat ərzində yanıb. Hazırda bizdə yaranan ilkin təəssüratları sizinlə bölüşürəm. Görünən odur ki, Ağdərə istiqamətində düşmənin müqaviməti qırılıb. Azərbaycan artilleriyası öz atəşini düşmənin müdafiəsinin dərinliyinə keçirib”.
 

OXŞAR XƏBƏRLƏR