Düşmənin atdığı iki mərmi yaşayış evinə düşdü - FOTO

Düşmənin atdığı iki mərmi yaşayış evinə düşdü - FOTO
SOSİAL
10:03 16.07.2020
1988
Tovuz rayonunda işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.

AZXEBER.COM-un BAKU.WS-ə istinadən verdiyi məlumata əsasən, bu gün təxminən saat 04:00 radələrindən başlayaraq düşmən tərəfi mövqelərimizi və Dondar Quşçu, Ağdam, Öysüzlü kəndlərini artilleriya qurğularından atəşə tutub.

Atəş nəticəsində Dondar Quşçu kəndində iki evə top mərmisi düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Lakin hər iki ev tamamilə yararsız vəziyyətdədir. Hazırda ordumuz tərəfindən düşmənin bütün mövqeləri artilleriya zərbələrindən atəşə tutulur.

Düşmənin Tovuz rayon istiqamətində olan bütün mövqeləri dayanmadan atəş altında saxlanılır.

 

 

 

OXŞAR XƏBƏRLƏR