Düşmənin hərbi və canlı qüvvəsi məhv edildi

Düşmənin hərbi və canlı qüvvəsi məhv edildi
SİYASƏT
13:30 05.03.2016
3203
Ermənistan silahlı qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib.
AZXEBER.COM Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.
Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcəkdir.
OXŞAR XƏBƏRLƏR