Düşüncələri yazıya köçürən və zehni oxuyan sistem hazırlandı

MARAQLI
11:35 13.12.2023
180
Alimlər zehni oxuya bilən və fikirləri yazıya çevirə bilən sistem hazırlayıblar. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Sidney Texnologiya Universitetinin alimləri elm sahəsində əsaslı addım atıblar.

Alimlər süni intellektdən istifadə edərək beyin dalğalarını mətnə çevirən sistematik qulaqlıq hazırladıqlarını açıqlayıblar.

Bildirilib ki, portativ qulaqlıq xüsusi sensorlar vasitəsilə beyin dalğalarını mətnə çevirir. İnsanların fikirlərini anında yazmağı bacaran bu sistemin xüsusilə iflic və ya huşunu itirmiş xəstələr üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilib. 

Ayşən

OXŞAR XƏBƏRLƏR