‘Düşünməsinlər ki, bununla yalnız hakimiyyət ziyan görür’ - Deputat

‘Düşünməsinlər ki, bununla yalnız hakimiyyət ziyan görür’ -  Deputat
13:49 07.02.2013
1193

“Düşünürəm ki, builki seçkilər fəal mübarizə şəraitində gedəcək, həssaslıq qədərindən çox olacaq, maraqlı dairələr Azərbaycanı özünə təslim etmək üçün bundan faydalanmağa çalışacaqlar.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mill Məclisin deputatı Zahid Oruc yaxın gələcəkdə keçiriləcək prezident seçkiləri öncəsi ölkədəki vəziyyəti şərh edərkən söyləyib:

“Şübhəsiz ki, artıq müəyyən iddiaçı qüvvələr öz namizədliklərini irəli sürüblər. Paralel şəkildə ölkəyə beynəlxalq aləmdən də diqqət əvvəlkindən xeyli çoxdur və bunların hamısının üzərindən dövlət rəhbərliyi ölkənin gələcək həyatını, stabil inkişafını təmin etmək üçün öz kursunu davam etdirir. Etiraf etmək lazımdır ki, narazı insanları və qrupları hərəkətə gətirmək, hakimiyyət əleyhinə çıxarmaq üçün cəhdlər xeyli intensivləşib. Düşünürəm ki, bu, bütün hallarda ilk baxışda nə qədər normaldırsa, digər tərəfdən, bunun toqquşmalara, qarşıdurmalara yol açmasının qarşısını almaq hər bir təşkilat, ölkənin gələcək həyatında iştirak etmək istəyən hər bir dairə üçün önəmli bir şərt olmalıdır. Çünki bütün hallarda bu ölkənin yaxın şərq mənzərəsini almaq üçün yandırmalara, müxtəlif cür toqquşmalara, hər hansı başqa xarakterli hadisələrə getmək bizim ziyanımızadır – həm iqtidarın, həm müxalifətin. Düşünməsinlər ki, bununla yalnız hakimiyyət ziyan görür. Bundan hamı ziyan görəcək. Düşünürəm ki, builki seçkilər fəal mübarizə şəraitində gedəcək, həssaslıq qədərindən çox olacaq, maraqlı dairələr Azərbaycanı özünə təslim etmək üçün bundan faydalanmağa çalışacaqlar. Ancaq zənn edirəm ki, bu dövr ərzində ölkənin mental bazisi formalaşıb. O xətdən bu ölkəni çıxarmaq və ayrı istiqamətdə yuvarlatmaq mümkün olmayacaq.

Ceyhun

OXŞAR XƏBƏRLƏR