Qadınlar, xüsusilə yay aylarında arqlamağa üstünlük verirlər. Buna səbəb isə çimərlik geyimləridir. Hər bir qadın yay ayında formada qalmaq və çimərlik geyimində gözəl görüntüyə sahib olmaq istəyir.
AZXEBER.COM medicina.az-a istinadən düzgün bədən quruluşuna sahib olmaq üçün çay reseptini təqdim edir:
Tərkibi:
1,5 l qaynar su
2 xörək qaşığı iri kəsilmiş təzə zəncəfil
1 desert qaşığı yarpaq yaşıl çay
2 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1 desert qaşığı xalis bal
Zövqə görə nanə yarpağı, lakin o zəncəfilin təsirini azaldır.
Hazırlanma qaydası:
Öncə zəncəfili iri doğrayın. Termosda bütün inqridiyentləri qarışdırın, üzərinə qaynar su tökün. Termosu möhkəm bağlayın və qarışdırın. 30 dəqiqə kənarda dəmlənməsi üçün saxlayın. Çay hazırdır.