Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə maraqlı fkirər yazıb.
AZXEBER.COM xəbər verir ki, gəncləri sağlam və xoşbəxt gələcəyə səsləmək üçün fikirlərini bölüşüb.
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir. Hər gün bizi daha yaxşı edən vərdişlərlə başlayır: sağlam qidalanmaq, idmanla məşğul olmaq, zehni və fiziki tarazlığı qorumaq. Bütün bunlar yalnız bədənimizi deyil, ruhumuzu da gücləndirir".
Əməkdar artist gənclərə peşə seçimi ilə bağlı da məsləhət verib:
"Ən önəmlisi isə – sevdiyin işi sevərək görməkdir. Çünki ürəklə görülən iş nə yorur, nə də darıxdırır. İstər idmanda, istər sənətdə, istərsə də peşəkar fəaliyyətində – əgər işinə sevgi ilə yanaşırsansa, o sənə həyat verir. Unutma, həyat bir yoldur və bu yolun gözəlliyi – onu necə yaşadığında gizlidir. Öz ritmini tap, öz yolunu sev, və hər addımını ilhamla at" deyə, müğənni paylaşımına əlavə edib.
Aysel