Düzgün manevr etməyən lüks avtomobil qəza törətdi: 2 nəfər öldü - ANBAAN VİDEO

Düzgün manevr etməyən lüks avtomobil qəza törətdi: 2 nəfər öldü - ANBAAN VİDEO
DÜNYA
12:11 04.10.2023
1022
İtaliyanın Sardiniya adasında lüks avtomobillərin iştirakı ilə baş verən qəza anbaan lentə alınıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, magistralda bir avtomobil tərəfindən qeydə alınan kadrlarda lüks avtomobillərin və karvanın tək zolaqlı yolda hərəkət etdiyi, mavi rəngli Ferrari-nin isə karvanı ötməyə çalışdığı görünür.
 
Elə bu an arxadan gələn qırmızı lüks avtomobilin eyni anda ötməyə cəhd etməsi nəticəsində qəza baş verib.

Mavi Ferrari avtomobil karvanına çırpılıb və avtomobil yan tərəfə yuvarlanıb.

Qəza nəticəsində karvanda olan yaşlı cütlük yaralanıb, lüks avtomobillərdə olan iki nəfər isə yanaraq ölüb.
 
Həmin qəzanın görüntülərini təqdim edirik:
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR