"Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan edib. Hörmətli Prezident, əziz qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önəmli bəyanatlarıydı”.
AZXEBER.COM-un xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
"Bizə əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahürüdür. Biz sizinlə bərabər hörmətli Binəli bəy, bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik ki, nə qədər böyük səylər göstərildi ki, Türkiyə-Azərbaycan daha da bir-birinə yaxın olsun. İnşallah bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir ”, - deyə Prezident əlavə edib.