Dövlət başçısı ermənilərin Hadruta göndərdiyi diversiya qrupundan danışdı

Dövlət başçısı ermənilərin Hadruta göndərdiyi diversiya qrupundan danışdı
SİYASƏT
12:20 10.10.2021
724
"Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilib:

"Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular və bildiyiniz kimi, tərksilah edildilər, həbs olundular. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Yəni, onu demək istəyirəm ki, hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı”.

Prezident qeyd edib ki, Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradıldı:

"Onu da bildirməliyəm ki, keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.

Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb.

Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
18:08 09.10.2026
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
17:55 09.10.2026
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
17:45 09.10.2026
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
Bu bürclər heç vaxt uğur qazana bilmir
17:35 09.10.2026
Bu bürclər heç vaxt uğur qazana bilmir
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR