Şimali Koreya lideri Kim Çen In xarici mətbuata müsahibəyə görə 1 milyon dollar tələb edib.
AZXEBER.COM-un məlumatına görə, Kim Çen In jurnalistlər üçün belə bir “sərfəli” təkliflə Koreya müharibəsinin bitməsinin 60 illiyinə həsr olunacaq bayram tədbiri öncəsi çıxış edib.
Şimali Koreya administrasiyası iyulun 27-də baş tutacaq tədbirə “Associated Press” və “BBC News” da daxil olmaqla çoxsaylı əcnəbi jurnalistləri dəvət edib. Həmçinin müxtəlif ölkələrdən minlərlə qonaq çağırılıb.
Dəvətdə bildirilir ki, Kim Çen In dəvətlilərə bir milyon dollar müqabilində müsahibə verməyə hazırdır.