Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
SİYASƏT
10:32 09.11.2022
522
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
 
 Bayraq dövlətin varlığını təsdiqləyən, milləti ucaldan, hər bir vətəndaşı qürurlandıran rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasında dalğalanıb.
 
Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər, mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir. İdmançılarımız beynəlxalq yarışların qalibi olanda bayrağımızı başlarının üzərinə qaldırıb, himnimizi səsləndirirlər.
Nəhayət ki, 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!
Biz torpaqlarımıza bir əlində bayraq, bir əlində silah tutan igid, cəsur əsgər və zabitlərimizin qanı, canı, sağlamlığı hesabına hakim olduq.  Ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyün qoruyan silahlı qüvvələrimizin əsgərləri vətən qarşısında xidmətə başlayanda əlini bayrağın üstünü qoyub and içirlər. Vətən uğrunda canını fəda edən şəhidlər bayrağa bükülür. Ona görə də bayraq sadəcə bir dövlət rəmzi deyil, daha ülvi və müqəddəsdir. 
   
Bayraq müstəqillik rəmzidir. 9 noyabr- dövlət bayraq günümüz mübarək olsun! 

Naftalan şəhər sakini Bağırova Adilə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB