Katarakt

Dövlət beşəmlərin xərclərini qarşılayacaq - AÇIQLAMA

SOSİAL
17:57 27.05.2021
2178
Xəbər verdiyimiz kimi, Azərbaycanda ana beşəm dünyaya gətirməyə hazırlaşır. 
 
Beşəmlərin valideyni Lamiyə Mürşüdlü erkən doğum riski olarsa, onlar üçün günlük xərclərin qarşılanmasına görə dövlət başçısına müraciət etmişdi.
 
Beşəmlərin valideyni Lamiyə Mürşüdlü AZXEBER.COM-a açıqlamasında onlara müsbət cavabın gəldiyini bildirdi: 

"Hər şey üçün çox sağ olun. Artıq Azərbaycaycan Respublikası Tibbi Sığorta Agentliyi doğulacaq beşəmlərə lazım olacaq tibbi xidmətləri icbari tibbi sığorta hesabına göstəriləcəyi ilə bağlı bizə məlumat verdi. Sevincimizin həddi-hüdudu yoxdur. Dövlət başçısına təşəkkür edirik".
 
Qeyd edək ki, beşəmləri düyaya gələcəkləri ilə bağlı xəbəri ilk olaraq AZXEBER.COM saytı verib.

Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR