Dövlət Dəniz və Liman Agentliyindən fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyindən fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
12:38 09.09.2023
897
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

AZXEBER.COM-un məlumatına görə, xəbərdarlıqda bildirilir: 

"Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2-4 m, sonrakı inkişafda 5,5-7,5 m. çatacağı proqnozlaşdırılır”.
OXŞAR XƏBƏRLƏR