İranın dənizçilik hüquqlarına müdaxiləsi regional sabitlik və təhlükəsizliyi pozur.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) donanmasının Hörmüz boğazında Panama bayrağı ilə üzən "Niovi” tankerini saxlamasına münasibət bildirərkən deyib.
Patel İranı saxlanılan gəmini və onun heyətini dərhal sərbəst buraxmağa çağırıb: "İran ötən həftə ərzində ikinci dəfədir ki, xarici bayraqlı neft tankerini beynəlxalq sularda üzərkən ələ keçirib. Bu, İranın Marşal Adaları bayraqlı "Advantage Sweet” gəmisini ələ keçirməsinin ardınca baş verib. İranın gəmilərə yaratdığı narahatlıqlar və dənizçilik hüquqlarına müdaxiləsi regional sabitlik və təhlükəsizliyi pozur. Biz beynəlxalq ictimaiyyətin gəminin və onun heyətinin dərhal sərbəst buraxılmasına dair İran hökuməti və İran Hərbi Dəniz Qüvvələrinə çağırışına qoşuluruq”, - Patel bildirib.
///Apa