Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb
DÜNYA
23:30 24.09.2021
1122
"Taliban"ın Əfqanıstanda edamları və bədənə xəsarət yetirməyi cəza olaraq yenidən bərpasını qınayırıq".

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Bu cür hərəkətlər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidirlər", - Prays qeyd edib.

Bundan əvvəl "Taliban" nümayəndələrindən olan Molla Nuruddin Turabi Əfqanıstanda oğurluğa görə cəza olaraq əzaların kəsilməsini bərpa etmək niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, Turabi əvvəlki "Taliban" hakimiyyəti dövründə (1996-2001) ədliyyə naziri kimi çalışıb.
OXŞAR XƏBƏRLƏR