Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq

Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
DÜNYA
23:41 27.05.2025
939
Ötən həftə Romada keçirilən ABŞ-İran danışıqlarının sonuncu raundu konstruktiv olub və tərəflər tezliklə yenidən görüşmək barədə razılığa gəliblər.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.

"Müzakirələr həm birbaşa, həm də dolayı olub və iki saatdan çox davam edib. Danışıqlar konstruktiv şəkildə davam edir. Biz daha da irəliləyiş əldə etmişik. Hər iki tərəf yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəlib”, - deyə o qeyd edib.

İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu keçirib, Omanın vasitəçi qismində çıxış edib.
OXŞAR XƏBƏRLƏR