Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə

MƏDƏNİYYƏT
13:40 25.09.2013
1603

Bu ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start veriləcək. Teatrın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, tanınmış yazıçı-dramaturqƏli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimiBəhram Osmanov, bəstəkarı xalq artistiSəyavuş Kərimi, səhnə tərtibatı əməkdar rəssamİsmayıl Məmmədovdur. Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə əsəri kimi düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaqi prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada əsas obrazları xalq artistləriHəmidə Ömərova, Nurəddin Mehdixanlı, aktyorlarGünel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyevaifa edəcəklər. Tamaşanın premyerasının bu ilin noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR