"Hansısa komitənin ləğv olunması bizim səlahiyyətimizdə deyil".
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Komitə sədri bildirib ki, hər hansı bir qurumun rəhbəri, Dövlət Gömrük Komitəsi, eləcə də digər qurumlar hansısa komitəni ləğv edə bilməzlər:
"Bu, bizim səlahiyyətlərimizə daxil deyil. Görünən odur ki, cənab Prezident son islahatlarda məsləhət görməyibsə, komitənin ləğvindən söhbət gedə bilməz".