“Dövlət Gömrük Komitəsi Prezidentin fərmanına zidd addımlar atır” - Ekspert faktları ortaya qoydu

“Dövlət Gömrük Komitəsi Prezidentin fərmanına zidd addımlar atır” - Ekspert faktları ortaya qoydu
SOSİAL
13:29 07.04.2025
516

"Uzun müddətdir ki, Dövlət Gömrük Komitəsinin inzibati binasının tikintisi başa çata bilmir. Azərbaycan reallığında olub ki, bir mərkəzi icra qurumunun hesabına tikilən inzibati binaya başqası sahib çıxıb. Odur ki, DGK-nın da hansısa qurumlarla birləşəcəyi fikirləri gündəmdən düşmürdü. Az qala sabiq sədr Səfər Mehdiyevin dövründən hazır olan binaya köçün ləngiməsi səbəbləri ilə maraqlandıqda maraqlı bir mənzərə ilə rastlaşdım. Qlobal Uptime İnstitutunun rəsmi internet resursundan görünür ki, sən demə, DGK yeni inzibati binada həm də "Tier III” səviyyəli nəhəng bir Data Mərkəz qururmuş”.

AZXEBER.COM xəbər verir ki, bunu ekspert, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.

"Uptime İnstitutu Data Mərkəzlərin performansını, etibarlılığını və səmərəliliyini artırmağa yönəlmiş qlobal bir təşkilatdır. Data Mərkəzlərin dizaynı, tikintisi və fəaliyyəti üçün beynəlxalq səviyyədə qəbul edilmiş "Tier Standart”ı da bu quruma məxsusdur. İndi bu qurum deyir ki, DGK "Tier III” standartlı Data Mərkəz qurur. Maraqlı tərəf isə bundan ibarətdir ki, DGK-nın bu addımı Prezidentin "Hökumət buludu” ilə bağlı Fərmanı ilə daban-dabana ziddir.

Həmin Fərmana görə, səmərəlilik və optimallaşma, xərclərin azaldılması və təhlükəsizlik baxımından dövlət resursları vahid bir "Hökumət buludu”nda saxlanılmalıdır. Son zamanlar da dövlət büdcəsindən "Hökumət buludu”nun operatoru olan "AzİnTelecom” şirkətinə hökumətin "Tier III” səviyyəli Data Mərkəzinin inkişafı üçün yetərincə vəsaitlər ayrılıb. Elə bu günlərdə həmin qurum ölkədə 2-ci olan süni intellekt əsaslı Superkompüter Mərkəzinin qurulması ilə bağlı 7.5 milyonluq bir tender də elan edib. Yəni görünən budur ki, Prezidentin məlum fərmanında qarşıya qoyulan optimallaşma və səmərəlilik nəinki əldə edilib, əksinə, dövlət büdcəsinin bu istiqamətdəki xərcləri daha da artıb. Maraqlıdır ki, "AzİnTelecom” da, Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu məsələyə münasibət bildirməyib. "Tier III” standartı tələb edir ki, Data Mərkəzin mütləq "backup” (ehtiyat) Mərkəzi də qurulmalıdır. Yəqin bu yaxınlarda eşidərik ki, DKG Yevlaxda, yaxud Hacıqabulda daha bir Mərkəz də quracaq. Nə deyək, xeyirli olsun! Ümid edirəm, Prezident fərmanlarının icrasına nəzarət edənlər də baş verənlərin fərqindədir”, - ekspert bildirib.

OXŞAR XƏBƏRLƏR