Dövlət Gömrük Komitəsinin tenderləri ləğv edildi

Dövlət Gömrük Komitəsinin tenderləri ləğv edildi
SOSİAL
14:03 22.04.2025
154

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinin elan etdiyi ketrinq xidməti (70 652 AZN) və çirkab suların daşınması və utilizasiyası xidməti ilə (244 910 AZN) əlaqədar elan etdiyi tenderlər ləğv edilib.

 

Qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Qeyd olunub ki, satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

OXŞAR XƏBƏRLƏR