Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalandı

Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında anlaşma memorandumu imzalandı
SOSİAL
23:40 18.03.2022
488
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında "Əməkdaşlıq və birgə fəaliyyət haqqında” Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutmuşdur.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tərəfindən imzalanmış sənədin əsas məqsədi müxtəlif istiqamətlərdə birgə nəzəri və praktiki yönümlü tədbirlərin reallaşdırılması vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti sahəsində görülən işlərə töhfə verməkdən ibarətdir.

Memorandumda və tərəflərin təsdiqlədiyi "Fəaliyyət planı”nda əksini tapmış müddəalara əsasən gənclər təşkilatlarının nümayəndə və rəhbər heyəti, eləcə də magistr təhsili alan tələbələr üçün "I İnkişaf Məktəbi” adlı ixtisasartırma kursunun və Təlim Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur.

Bununla yanaşı hər iki qurumun beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində gənclər üçün beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının yaradılması, gənclər təşkilatları nümayəndələrinin Akademiyanın nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərinin fəaliyyətində yaxından iştirakına dair razılaşma əldə edilmişdir.

Anlaşma Memorandumundan irəli gələrək, Fondun rəhbər nümayəndələrinin tələbə heyəti üçün mühazirələrinin təşkili, Fond tərəfindən həyata keçirilən təcrübə proqramlarında magistr təhsili alan tələbələrin daha geniş iştirakının təmini və ümumilikdə Azərbaycan gənclərinin peşəkar inkişafı, gənclər siyasətinə dair mövcud vəziyyət və bu sahədə görülməsi məqsədəmüvafiq olan tədbirlər barədə birgə tədqiqatların aparılması, ölkəmizdə həyata keçirilən gənclərlə iş sahələrində elmi araşdırma və akademik məqalələrin hazırlanmasına metodik dəstəyin göstərilməsi əsas fəaliyyət istiqaməti kimi təsdiq edilmişdir.

Anlaşma Memorandumu dövlət gənclər siyasətindən irəli gələn çağırış və vəzifələrin icrası məqsədilə iki qurum arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımdan vacib rol oynayacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır