Dövlət Kamera Orkestrində - Yeni dirijor

Dövlət Kamera Orkestrində - Yeni dirijor
MƏDƏNİYYƏT
10:12 29.11.2025
363
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni dirijor təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə orkestrin sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Bildirilib ki, bu vəzifəyə Əməkdar artist, dirijor Əyyub Quliyev təyin olunub.

41 yaşlı Ə.Quliyev 2018-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimov olub. 
OXŞAR XƏBƏRLƏR