Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib

Dövlət Komitəsi Azərbaycan bayrağının İrəvanda yandırılmasını pisləyib
SİYASƏT
16:03 16.04.2023
270
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:

"Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına hər vəchlə maneə törədən Ermənistanda son günlər Azərbaycanafobiyanın daha da şiddətlənməsini, bütün dünyada sülhpərvər tədbir kimi qəbul edilən idman yarışlarından birinin – ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən açılış mərasiminin canlı yayımında, beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın bayrağının erməni tamaşaçılardan biri tərəfindən nümayişkaranə şəkildə yandırılmasını Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlər adından kəskin şəkildə qınayırıq.

Ermənistanın 30 illik işğalına öz gücü ilə son qoyduqdan sonra Azərbaycan bölgədə sülh quruculuğunun təşəbbüsçüsü kimi ikitərəfli əlaqələrin normallaşdırılması üçün siyasi iradə və qətiyyət göstərməkdədir. Lakin Ermənistan hökuməti nəinki bu prosesi müxtəlif bəhanələrlə ləngitməyə çalışır, üstəlik, cəmiyyətdə ölkəmizə və xalqımıza qarşı nifrət hissini daha da artırılmasına istiqamətlənmiş hərəkətlərə ideoloji dəstək verir, belə hərəkətlərin qarşısını almaq istəmir.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, bu ərazilərin əzəli sakinlərinin geri dönüşü, Qarabağın erməni icmasının reinteqrasiyası üçün Azərbaycan hökumətinin zəruri tədbirlər gördüyü bir vaxtda Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdirilməsi bölgədə beynəlxalq ictimaiyyətin də böyük maraqla gözlədiyi sülh quruculuğu prosesini şübhə altına alır.

Azərbaycanlılarla ermənilərin birgəyaşayışının mümkünlüyü barədə Azərbaycan hökumətinin və ictimaiyyətinin xoş niyyət nümayiş etdirməsinə baxmayaraq, Ermənistandakı revaşinst qüvvələrin təxribatlardan və düşmənçilikdən əl çəkməməsi bu niyyətin gerçəkləşməsinə, nəyin bahasına olursa-olsun, onların imkan vermək istəmədiyini göstərir.

Ermənistanın terroru və terrorçuları dəstəklədiyi tarixi həqiqətdir, onun öz ərazisində hər hansı beynəlxalq səviyyədə tədbiri, o cümlədən idman yarışlarını təhlükəsiz təşkil edə biləcəyi şübhə doğurur. Azərbaycan bayrağının yandırılması və həmin mənfur hərəkətin onu törədən şəxsin qəhrəmanlığı kimi alqışlanması da bunu aydın şəkildə göstərir.

Azərbaycanlı qaçqınlar və məcburi köçkünlər beynəlxalq ictimaiyyəti Ermənistanda millətlərarası nifrət və ayrı-seçkilik doğuran əməllərə son qoyulmasını, Azərbaycan bayrağını yandıran şəxsin mövcud hüquq normaları əsasında cəzalandırılmasını tələb etməyə çağırır.

Bununla yanaşı, beynəlxalq idman təşkilatları Ermənistanda hər hansı mötəbər yarışın təşkilindən imtina etməli, həmçinin İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı dayandırmalı və onun nəticələri ləğv olunmalıdır.

Şərqi Zəngəzurda və Qarabağda işğaldan azad edilmiş ərazilərə - doğma yurd yerlərinə qayıtmağa hazırlaşan azərbaycanlılar bölgədə sülhün və təhlükəsizliyin tam təmin ediləcəyinə, Ermənistanın bu prosesi pozmaq cəhdlərinin qarşısının beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə alınacağına ümidvardırlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır