Dövlət Komitəsi erməni təxribatı ilə bağlı bəyanat yaydı

Dövlət Komitəsi erməni təxribatı ilə bağlı bəyanat yaydı
Siyasət
20:37 11.10.2020
691

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini müxtəlif növ silahlardan atəşə tutması nəticəsində qadın və uşaqların həlak olması və xəsarət alması hallarına dair bəyanat yayıb.

Dövlət Komitəsindən AZXEBER.COM-a daxil olan bəyanatda deyilir: "11 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhalinin qəsdən hədəf seçilərək qətlə yetirilməsi davam etməkdədir. 

10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan  əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını  raket atəşinə tutmuşdur. Erməni terroru nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır. Eyni zamanda dağıntılar altında hələ də xilas edilməsini gözləyən günahsız insanlar qalmaqdadır. Gəncədə baş vermiş bu terror hadisəsi erməni siyasi-rəhbərliyinin vandal əməllərinin növbəti təzahürüdür. Təəssüflər olsun ki, Ermənistanın hərbi və insanlığa sığmayan cinayətləri hələ də cəzasız qalmaqdadır. 

 

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də atəşkəsə məhəl qoymayan Ermənistanın bu qeyri-insani davranışlarına lazımi qiymət verilməli, günahsız insanların qanı yerdə qalmamalı və terrorçular layiqli cəzalarını almalıdırlar. 

Bundan əlavə, Ermənistanın Cənubi Qafqazda ən böyük Azərbaycan İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, region üçün strateji əhəmiyyətli iri sənaye şəhəri Mingəçevirə atdığı raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi baş verməsəydi, bu hadisənin ciddi fəlakətlə nəticələnməsi qaçınılmaz olardı. 

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə məhəl qoymayan Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək canlarına qəsd edilməsi ilə nəticələnən müharibə cinayətlərinə son qoyması üçün qətiyyətli addımlar atmağa və bu terrorçu əməllərinin qarşısının alınması istiqamətində lazımlı qərarlar qəbul etməyə çağırır, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrini tələb edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq