Dövlət Komitəsi xəbərdarlıq etdi

Dövlət Komitəsi xəbərdarlıq etdi
SOSİAL
17:43 29.04.2026
339
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi media və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

AZXEBER.COM xəbər verir ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi azyaşlılarla bağlı məlumatların paylaşılmasında xüsusi həssaslıq göstərilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Komitədən bildirilib ki, uşaqların ad, soyad, yaşayış ünvanı, təhsil aldıqları müəssisə, ailə üzvləri və onları müəyyən etməyə imkan verən digər şəxsi məlumatların ictimailəşdirilməsi həm qanunvericiliyin tələblərinə ziddir, həm də media etikasının əsas prinsiplərini pozur.

Qeyd olunub ki, uşaqlar cəmiyyətin ən həssas qrupu olduğundan, onların təhlükəsizliyi, psixoloji rifahı və gələcək həyatına mümkün təsirlər informasiya yayımı zamanı mütləq nəzərə alınmalıdır.

Komitə vurğulayıb ki, etik normalara riayət edilməsi təkcə hüquqi öhdəlik deyil, həm də məsuliyyətli cəmiyyətin formalaşması üçün əsas şərtlərdən biridir.
OXŞAR XƏBƏRLƏR