Dövlət Komitəsində Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib

Dövlət Komitəsində Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib
SOSİAL
09:45 15.06.2021
377
Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib.

Dövlət Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrdə yaşayan, hal-hazırda Azərbaycanda olan diaspor nümayəndələri, diaspor könüllüləri və Komitə əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Mərasimdə Azərbaycan Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Milli Qurtuluş günü münasibəti ilə iştirakçıları təbrik edib, Heydər Əliyev epoxasının çoxəsrlik dövlətçilik tariximizdə müstəsna və bənzərsiz yeri olduğunu, 15 iyun- Milli Qurtuluş gününün Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olduğunu bildirib. Komitə sədri əlavə edib ki, azərbaycançılıq məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji dəyərə çevrilib.

Tədbirdə 13 ölkədən 15 diaspor təmsilçisi iştirak edib və onların hər biri ayrı-ayrılıqda çıxış edib.

Diaspor nümayəndələri bildiriblər ki, son illər həyata keçirilən layihələr diaspor siyasətinin daha da təkmilləşməsinə, koordinasiyalı fəaliyyətin güclənməsinə gətirib çıxarıb.

Çıxış üçün söz alan ekspertlər Heydər Əliyevin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, ümummilli liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasət Azərbaycana dost münasibəti bəsləyən ölkələrin və xalqların sayını artırıb, soydaşlarımızın daha mütəşəkkil fəalliyyətinə təkan verib.

Tədbir maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib