Dövlət Komitəsinin sifarişi ilə tikilən mənzillərin satış qaydası müəyyənləşdi

Dövlət Komitəsinin sifarişi ilə tikilən mənzillərin satış qaydası müəyyənləşdi
SOSİAL
14:08 11.04.2022
321

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Qayda "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (bundan sonra - Fərman) 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin (bundan sonra - mənzillər) satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq