“Dövlət maska qiymətlərinə nəzarət edir”

SOSİAL
18:01 08.04.2020
433
"Azərbaycanın istehsal etdiyi maskaların qiyməti bazar iqtisadiyyatına uyğun tənzimlənir”. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istnadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, dövlət nəzarət edir ki, qiymətlər qalxmasın: "Maskalarla bağlı qiymətlər optimal həddə qalacaq. Qiyməti tənzimləmənin ən yaxşı yolu istehsalı artırmaqdır. Gün ərzində apteklərə 450 min maska paylanılır. Bu da qiymətlərə təsir edəcək. Amma karantin rejimi insanları evdə qalmağa çağırır. Belə olarsa, maskaya və tibbi spirtə də ehtiyac qalmaz”. 

OXŞAR XƏBƏRLƏR