Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər: Abdullayev İsmayıl Əli oğlu Əhmədov Əsgər Məmməd oğlu Kazumov Orxan Vahid oğlu Mehdiyev Əli Mehdi oğlu Nağıyeva Aygün Nizami qızı".