Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq

Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq
SOSİAL
14:21 01.01.2026
148
Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunacaqlar.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əlavə edilən yeni - 2-1-ci maddədə (İcbari sığortanın aidiyyəti) əksini tapıb.

Sığorta olunanların və sığortalıların uçotu qaydası da bu maddədə nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qeyd olunan sığorta olunanlara münasibətdə sığortaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan olacaq. Kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərən sığortaçılara aid tənzimləmə və nəzarət tədbirləri bu sığortaçıya şamil edilməyəcək. Nəzərdə tutulmuş icbari sığorta üzrə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar sığorta ödənişlərinin davamlılığının təmin edilməsi məqsədilə həmin maddəyə uyğun olaraq ödənilən sığorta haqlarının 5 faizədək həcmində müəyyən edilən vəsaitin məcmusu olacaq sığorta ehtiyatı fondu yaradılacaq.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun dövlət icbari şəxsi sığorta münasibətlərinə şamil edilməyəcək. Bununla əlaqədar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və annuitet müqaviləsi (sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi) yuxarıda qeyd edilən şəxslərə şamil olunmayacaq.

Digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə isə sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin "Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
16:46 29.07.2026
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
16:38 29.07.2026
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
16:28 29.07.2026
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
16:20 29.07.2026
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
15:56 29.07.2026
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
15:41 29.07.2026
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
15:30 29.07.2026
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
15:28 29.07.2026
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
15:23 29.07.2026
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
15:21 29.07.2026
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
15:16 29.07.2026
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:10 29.07.2026
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
14:58 29.07.2026
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
14:46 29.07.2026
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
14:34 29.07.2026
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
2 avtobusun marşrut xətti dəyişdirilir
14:27 29.07.2026
2 avtobusun marşrut xətti dəyişdirilir