Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib - FOTOLAR

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq ADNSU məzunları ilə görüş keçirilib - FOTOLAR
SOSİAL
17:21 13.08.2025
160
Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov 2025/2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq tələbələrlə görüş keçirib.
 
AZXEBER.COM xəbər verir ki, tələbələri təbrik edən rektor Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması və savadlı mütəxəssis kimi formalaşması üçün yaradılan imkanlardan bəhs edib. O, xaricdə dövlət proqramı ilə təhsil almanın üstünlükləri ilə yanaşı, bunun böyük məsuliyyət və şərəf olduğunu vurğulayıb.

Rektor Rüfət Əzizov gənclərə milli təəssübkeşliyi və vətənə bağlılığı qorumağı, Azərbaycanı xaricdə layiqincə təmsil etməyi tövsiyə edib. O, həmçinin tələbələrə yeni ideyalar öyrənməyi, biliklərini artırmağı və vətənə dönərək bu bilikləri tətbiq etməyi məsləhət görüb.

Görüşdə iştirak edən ADNSU-nun prorektorları - Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov da çıxış edərək gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, proqram çərçivəsində magistratura təhsil səviyyəsində uğur qazanan 356 nəfərdən 60-ı ADNSU və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunlarıdır. ADNSU tələbələri Böyük Britaniyanın Oksford Universiteti, London İmperial Kolleci, Vorvik Universiteti, London Kral Kolleci, ABŞ-ın Kolumbiya Universiteti, Cons Hopkins Universiteti, İsveçrənin ETH Zurich Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
 

 

 

 

 

 

 


 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib