"Dövlət qulluğuna qəbul sadələşməlidir" - Məleykə Abbaszadə

"Dövlət qulluğuna qəbul sadələşməlidir" - Məleykə Abbaszadə
SOSİAL
11:26 14.02.2017
2124
"Dövlət qulluğuna qəbul sistemində islahatlara ehtiyac var".
 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində deyib.
M. Abbaszadə bildirib ki, layihə sənədlərinin işlənib hazırlanması 2016-cı il ərazində həyata keçirilib: "Bu, Dövlət İmtahan Mərkəzinin ilk beynəlxalq layihəsidir. Gələcəkdə layihənin tətbiqi sferasının genişlənməsi mümkün olacaq”. DİM sədri bildirib ki, bu layihə çərçivəsində beynəlxalq təcrübə alınaraq dövlət qulluğuna qəbul sistemini daha da inkişaf etdirməyə gərək var. Layihənin prinsiplərini sadalayan M.Abbaszadə deyib ki, bunlara dövlət idarəçilik islahatlarının strateji bazası. siyasi inkişaf və əlaqələndirmə, dövlət qulluğu və insan resurslarının idarəedilməsi, hesabatlılıq, xidmətlərin çatdırılması, dövlət maliyyələşməsinə nəzarət edilməsi daxildir.  M. Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul sahəsində şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaradılıb və bu proses davam etməlidir: "Prosesdurlar sadələşməli, onların çevikliyi təmin olunmalıdır. Bu istiqamətdə işlər aparılacaq. Əvvəlki illərdə yüksək məvacibli özəl sektorlara daha çox üstünlük verilirdisə, son illər ərzində dövlət qulluğuna qəbulun şəffaf aparılması nəticəsində dövlət qulluğunda işləmək üçün müraciət edənlərin də sayı artıb". DİM sədri onu da vurğulayıb ki, ölkədə ixtisasartırma tədris proqramı və təlim prosesinin yeni standartlara uyğunluğu da vacib bir məsələdir və layihə bu işdə də mühüm rola oynayacaq.
M. Abbaszadə bildirib ki, yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmununun müasir standartlara cavab verməsinə ümid verir.
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tərtərdə it sahibini parçalayıb
20:20 09.08.2025
Tərtərdə it sahibini parçalayıb
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
20:12 09.08.2025
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
19:57 09.08.2025
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq