“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirildi

“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirildi
SOSİAL
11:00 02.02.2024
191
"Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib.

AZXEBER.COM xəbər verir ki, cari ilin 2 fevral tarixində Ritz-Carlton hotelində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən "Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilmişdir. Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilir.

Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

"Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general – mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq bildirmişdir ki, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bununla əlaqədar "Zirvə Toplantısı”nda iştirak edən gəncləri təbrik edib.
 
A.İsmayılov çıxışında bu "Zirvə Toplantısı”nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturlarının təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının  informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasını vurğulanıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının əməkdaşı Elmir Vəlizadə də çıxış edib.
OXŞAR XƏBƏRLƏR