Mərkəzdən AZXEBER.COM-a bildirilib ki, qonaqlar ilk öncə Mədəniyyət Mərkəzinin önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına tər gül-çiçək dəstləri qoyduqdan sonra Mərkəzin həyətində yaradılmış Şəhidlər xatirə kompleksini ziyarət ediblər.

Qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verən Mərkəzin direktoru Samir Abbasov Ümummilli Lider Heydər Əliyevin adını daşıyan bu Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq və mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qonaqlar daha sonra Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça muzeyləri ilə tanış olublar.
Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edən qonaqlara məlumat verilib ki, Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini, ortaq tarixi köklərini, mədəniyyətlərini əks etdirən Dostluq Muzeyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış və bu muzeydə Azərbaycan Özbəkistan tarixi əlaqələrini əks etdirən çox sayda eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş ertdirilir.
Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev muzeyini ziyarət edən qonaqlar burada Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasini fəaliyyətini əks etdirən fotolarla, nəşrlərlə tanış olublar.
Azərbaycan tarixi muzeyini ziyarət edən qonaqlar burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrini əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar. Xalça muzeyinə ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən tarixi Azərbaycan xalçaları haqqında məlumatlar verilib.
Sonda Mədəniyyət Mərkəzini ziyarət edən nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkilib.