Dövlət Sərhəd Xidmətində tədbir keçirildi

Dövlət Sərhəd Xidmətində tədbir keçirildi
14:10 07.03.2013
2464

Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev, xidmətin kadrlar idarəsinin rəisi Elçin İbrahimov və xidmətin əməkdaşları iştirak edib.

Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev deyib ki, 8 Mart Sovet hakimiyyəti illərindən qalma bayram olsa da, Azərbaycanda indiyədək də qeyd edilir. Bildirilib ki, 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda qadınlara tarix boyu diqqət göstərilib. Bu gün Sərhəd Qoşunlarının sıralarında xeyli sayda qadının müxtəlif hərbi rütbələrdə, o cümlədən mülki işçi kimi çalışır”.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək bildirib ki, sosial şəraitin yaxşılaşdırılması və bu sahədəki problemlərin həlli hər bir sərhədçi zabitin xidmətinə müsbət mənada bilavasitə təsir göstərən amillərdəndir: “Son illərdə Ali Baş Komandanımız İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Sərhəd Mühafizəsində bu istiqamətdə mühüm addımlar atılmaqdadır və bu proses qarşıdakı illərdə də davam edəcək. Dövlət başçısının diqqəti və qayğısı nəticəsində sərhəd mühafizəsinin maddi-texniki təminatı yüksəlib ki, bu da Sərhəd Qoşunlarında xidmət edən şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkilinə müsbət təsir göstərib. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, prezidentimiz tərəfindən atılan bu addımlar tərəfimizdən həddən artıq yüksək qiymətləndirilir. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhəd komendantlıqları, sərhəd zastavaları komplekslərinin inşası, yeni silah və texnikanın alınması prosesi gedir. Bununla paralel olaraq DSX hərbi qulluqçularının və onların ailələrinin mənzil təminatı sahəsində də böyük miqyaslı işlər həyata keçirilməkdədir”.

Sonra xidmətdə fərqlənən DSX-nın bir qrup qadın hərbi qulluqçusuna Azərbaycan Prezidentinin sərəncamı və DSX rəisinin əmri ilə medallar təqdim olunub. Həmçinin DSX rəisi tərəfindən bir qrup qadın hərbi qulluqçuya fəxri fərman, bir qrup qadın hərbçiyə, həmçinin ailə başçısının hər ikisi DSX-də xidmət edən ailələrə yeni rütbələr və mənzillərin açarları verilib.

OXŞAR XƏBƏRLƏR