AZXEBER.COM "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Namiq Eldar oğlu Həsənov təyin edilib.
Qeyd edək ki, əvvəllər sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.
Bundan əvvəl DSMF-də filialların sayı 7-dən 8-ə yüksəlib.
Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial yaradılıb və Əlipaşa Rauf oğlu Mirzəyev direktor təyin olunub.
Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub.











































